AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xərçəng diaqnozu qoyulmuş yüz minlərlə uşaq üçün müalicə əlçatmazdır - ÜST

  • + A
  • - A
  • 27-07-2023, 19:51

    Xərçəng diaqnozu qoyulmuş yüz minlərlə uşaq üçün müalicə əlçatmazdır -


    Aşağı və orta gəlirli ölkələrdə xərçəng diaqnozu qoyulmuş yüz minlərlə uşaq üçün müalicə əlçatmazdır və bu, onların sağ qalma şanslarını ciddi şəkildə məhdudlaşdırır.

    Azadmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

    Belə ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi həftəlik mətbuat brifinqində deyib ki, aşağı gəlirli ölkələrin yalnız dörddəbiri uşaq xərçəngi dərmanlarını ictimai imtiyazlar vasitəsilə təqdim edir.

    Qeyd olunur ki, “Bu, uşaqları və ailələri əhəmiyyətli əzablara və maddi sıxıntılara məruz qoyur, həmçinin onların keyfiyyətsiz və saxta dərmanlar almaq riskini daha da artırır. Nəticədə, bu ölkələrdə uşaqların sağ qalma səviyyəsi yüksək gəlirli ölkələrdəki həmyaşıdları ilə müqayisədə 30 faizdən də azdır. Halbuki, inkişaf etmiş ölkələrdə azyaşlılar arasında xərçəngin yayılması 90 faiz azdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR