İsrailin “Ams1” yük gəmisi Rusiyanın Qara dənizdəki blokadasını yararaq Dunayın mənsəbinə daxil olub. Onun ardınca Yunanıstan və Türkiyəyə məxsus gəmilər hərəkət edib.
Azadmedia.az xəbər verir ki, bunu OSİNT nümayəndəsi Markus Conson məlumat verib.
Belə ki, “Ams1” Dunayın Ukrayna hissəsinə daxil olub. Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın Qara dəniz blokadasını yaran ilk gəmidir”, - deyə Conson bildirib.
Qeyd edilib ki, İsrail gəmisinin ardınca Yunanıstan və Türkiyə-Gürcüstan bayraqları altında üzən “Şahin 2” və “Yılmaz Kaptan” gəmiləri də Dunaya daxil olmağa hazırlaşırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.