İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri avqustun 2-i səhər saatlarından İran körfəzindəki 3 mübahisəli adanın müdafiəsini simulasiya edən genişmiqyaslı hərbi əməliyatlara başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, həmin məlumata görə, təlimlər SEPAH-ın Baş Komandanı general-mayor Hüseyn Salami, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Tanqsiri, silahlı qüvvələrin və yerli hakimiyyət orqanlarının bir qrup komandiri və rəsmisinin iştirakı ilə başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.