“Rusiya NATO-ya qarşı mübarizə aparmaq üçün uzunmüddətli strategiya çərçivəsində Quru Qoşunlarını gücləndirməyə çalışır”.
Azadmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.
Belə ki, Rusiya Silahlı Qüvvələrində yeni birləşmələr yaradılır: “Lakin Rusiyanın lazımi resurslar toplamaq imkanı azdır”.
Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya həmçinin strategiyasını dəyişib. Lakin bunun nədən ibarət olduğunu açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.