Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.
B barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb.
"TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.
Mənbə: BBC
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.