"Qazprom" ilə uzunmüddətli razılaşma olmadan Macarıstanda sənaye dayanacaq və mənzillərdə istilik olmayacaq.
Azadmedia.az xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Tamaş Menzer bildirib.
Belə ki, o müxalifətin Rusiya şirkəti ilə müqavilənin Budapeşt üçün baha başa gəlməsi və yararsız olması barədə bəyanatını belə şərh edib.
Qeyd edilib ki, "Macarıstanda illik qaz istehlakının 85 faizi Rusiya qazıdır. Bu məbləğ yaxın gələcəkdə doldurula bilməz, yəni Rusiya qazı olmasa, Macarıstan donacaq, mənzillərdə istilik olmayacaq, sənaye dayanacaq, iş yerləri yox olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.