Böyük Britaniya hökuməti Əfqanıstandan olan qaçqınları ölkədən qovmaq üçün aksiyaya başlayıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə əfqanıstanlı mehmanxanalardan zorla çıxarılıb.
Belə ki, Britaniya hökuməti mehmanxanalarda yaşayan 8 min Əfqanıstan vətəndaşına ölkəni tərk etmək üçün avqustun sonunadək vaxt verib.
Qeyd edək ki, ölkədən çıxarılan əfqanlar vaxtilə İngiltərə hökuməti tərəfindən sığınacaq verilənlərdir. Son dəstə buraya 2021-ci ildə Əfqanıstanda baş verən məlum hadisələrdən sonra pənah gətirib və onların arasında xeyli sayda azyaşlı uşaq var. Onlar mehmanxanalarda dövlətin hesabına yaşayırdılar.
Böyük Britaniya hökuməti bu aksiyanın başladılmasını ölkədə kəskinləşən mənzil böhranı səbəbi ilə izah edib.
Ölkə ictimaiyyətinin bəzi nümayəndələri bu aksiyaya etiraz edərək vaxtında ingilislərin həyatını xilas edən əfqanıstanlılara qarşı bu münasibəti ədalətsiz adlandırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.