Nigerdə hərbi administrasiya Birləşmiş Millətlər Təşkilatının (BMT) və qeyri-hökumət təşkilatlarının (QHT) "hərbi zonalar"dakı fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Azadmedia.az TRT-yə istinadla xəbər verir ki, Niger Daxili İşlər Nazirliyindən verilən bəyanatda BMT və ölkədə fəaliyyət göstərən QHT-lərin işi ilə bağlı məlumatlar verilib.
Belə ki, bəyanatda qeyd olunub ki, adıçəkilən qurum və təşkilatlara hərbi zonalarda iş görmək qadağan edilib.
Təhlükəsizlik tədbirləri səbəbindən qadağan olunmuş ərazilərin harada olduğu ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, digər tərəfdən, daxili uçuşların bərpa olunduğu, lakin quru və dəniz sərhədlərinin bağlı qalacağı açıqlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.