AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: “Lerik” kimi komandaların yaradılması futbolun inkişafına təkan olacaq”

  • + A
  • - A
  • 11-09-2023, 18:47

    Millət vəkili: “Lerik” kimi komandaların yaradılması futbolun inkişafına təkan olacaq”


    Milli Məclisin deputatı İqbal Məmmədovun Futbolxeber.az saytına müsahibəsi

    - Bu gün II Liqada “Lerik”in “Dinamo”ya qarşı oyununu stadiondan canlı izləyirsiz. Yeni yaradılmış komandadan gözləntiləriniz nədir?

    - İlk növbədə hər iki komandaya - həm “Dinamo”ya, həm də “Lerik”ə uğurlar arzulayıram. Sevindirici haldır ki, artıq regionlarımızda da futbol inkişaf edir. II Liqanın yaradılmasına görə AFFA və Peşəkar Futbol Liqasına təşəkkürümü bildirirəm. “Lerik” kimi komandaların yaradılması regionlarda futbolun inkişafına təkan olacaq.

    - “Lerik” ilk turda “Qusar” üzərində 3:1 hesablı qələbə qazandı. Sizcə, komanda bu uğurun ardını gətirə biləcək?

    - Həqiqətən də komandamız ilk turda azarkeşlərinə sevinc bəxş etdi. “Lerik”ə inamımız böyükdü. Düzdü, hazırda stadion məsələsi yaralı yerimizdi. Komanda oyunlarını doğma rayonunda keçirə bilmir. Artıq bununla bağlı seçicilərim də mənə müraciət ediblər. Mən də AFFA və İdman Nazirliyinə stadion məsələsi ilə bağlı müraciət ünvanlamışam. İnanıram ki, tez bir zamanda bu məsələ müsbət həll olacaq.

    - Müraciətinizə cavab verilib?

    - Nazirlik rəsmiləri ilə həm telefon danışığımız oldu, həm də rəsmi məktub ünvanladım. Cavab verildi ki, ilin sonunda büdcə təsdiqlənməli, bu iş üçün maliyyə ayrılmalıdı. Bildirildi ki, növbəti ildə stadionda işlərə başlanılacaq.

    - Lerikin tanınmış ziyalılarındansınız. Rayondan olan iş adamlarını, sahibkarları ətrafınıza toplayıb stadion məsələsi ilə bağlı özünüz müəyyən işlər görmək barədə düşünürsüzmü?

    - Əslində, mən ilk növbədə elə lerikli sahibkarlara bu məsələ ilə bağlı müraciət etdim. Daxili imkanlar hesabına özümüz müəyyən işlər görmək istəyirdik. Lakin stadionun standarlara uyğun olmaması bizə əngəl oldu. Hələlik oyunlarımızı Lənkəranda keçiririk. Sevindirici haldır ki, ilk turda Lənkərandan da, Astaradan da komandamızı stadionda dəstəkləyən insanlar var idi. Mən sizin saytınız vasitəsi ilə müraciət edirəm ki, hazırda “Lerik” təkcə adını daşıdığı rayonu deyil, bütün cənub zonasını təmsil edir. Ev oyunlarında hər kəsi komandaya dəstək olmağa çağırıram.

    - İş adamlarını qeyd etdiz. Onlar arasında komandaya dəstək olanlar var?

    - Bəli, Lerikdən olan futbosevərlər, sahibkarlar komandaya maddi və mənəvi köməklik göstərirlər. Lerik ziyalılarının, sahibkarların yer aldığı qrupumuz var. Komanda ilə bağlı nə problem, çatışmazlıq olursa, orada yazılır və imkan daxilində hər kəs öz köməkliyini göstərir. İnanırıq ki, komanda da öz oyunu ilə bizləri sevindirəcək.

    - İlk turdakı qələbədən sonra komandaya iş adamları, sahibkarlar tərəfindən həvəsləndirici mükafat verildi?

    - Reklam olmasın deyə ad çəkmirəm. Amma Lerikdən olan iş adamları, ölkənin tanınmış şirkətlərindən bir-ikisi klubun hesabına müəyyən vəsait köçürdülər. Bu komandadan çox şey gözləyirik. Bilirsiniz ki, cənub zonasında futbolu sevirlər. İnanıram ki, “Lerik” də gələcəkdə böyük uğurlar qazanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR