Azərbaycan Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin irimiqyaslı çirklənməsinə görə Ermənistana qarşı arbitraj prosesinə başlayıb. Bunu Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Çolpon-Atada keçirilən “Ekologiya sahəsində ədalət mühakiməsinə çıxış” mövzusunda keçirilən (14-16 sentyabr) hakimlərin beynəlxalq konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə dəymiş ekoloji ziyanın araşdırılması prosesi davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.