Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanj Tuadera fransalı həmkarı Emmanuel Makron ilə danışıqlar zamanı Rusiya ilə əməkdaşlıq barədə danışmaqdan imtina edib.
Azadmedia.az xəbər verir ki, Tuadera fransalı həmkarına müdafiə ilə bağlı dövlətlər arasında razılaşmanın bir hissəsi kimi Rusiya hakimiyyəti ilə işlədiyini izah edib və sonra əlavə edib ki, qalanı Makrona aid deyil.
Belə ki, "Əgər biz ənənəvi tərəfdaşımız Fransa ilə tam inamla işləmək istəyiriksə, o zaman yaşadığımız reallığa və ölkəmiz üçün istədiklərimizə əsaslanaraq işləyəcəyik", - deyə Tuadera qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.