AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyanatına veto qoydu - KİV

  • + A
  • - A
  • 22-09-2023, 23:39

    Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyanatına veto qoydu -


    Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell tərəfindən Azərbaycanın Dağlıq Qarabağda apardığı antiterror əməliyyatı ilə bağlı hazırlanan bəyannamə Macarıstan tərəfindən rədd edilib.

    Azadmedia.az xəbər verir ki, Bəyannamədə Azərbaycanın öz sərhədləri daxilində Qarabağ bölgəsində həyata keçirdiyi hərbi əməliyyat pislənilib, tərəflər ermənilərin də iştirak etdiyi şəffaf dialoq prosesinə dəvət olunub. Bəyannamədə Aİ-nin Ermənistanın demokratik yolla seçilmiş nümayəndələrini dəstəkləməyə hazır olduğu qeyd edilib, həmçinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb. Macarıstan bəyannamədə Azərbaycan əleyhinə və qərəzli bəyanatların yer aldığını əsas gətirərək ona veto qoyub. Nəşr edilməsi üçün 27 AB üzvünün hamısının dəstəkləməsi lazım olan birgə bəyanat Macarıstanın vetosuna görə qəbul edilməyib.

    Qeyd edək ki, Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatına başlayıb və təxminən 24 saat sonra erməni qruplaşmaları silahlarını yerə qoyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR