AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP İsmayıllı rayon təşkilatı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib - FOTOLAR

  • + A
  • - A
  • 14-10-2023, 17:38

    YAP İsmayıllı rayon təşkilatı  İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar  ağacəkmə aksiyası keçirib -



    Bakı, 14 oktyabr — Azadmedia.az


    İsmayıllıda ağacəkmə aksiyası baş tutub.

    Azadmedia.az xəbər verir ki, 13 oktyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin təlim-təcrübə sahəsində ağacəkmə aksiyası keçirib.

    Belə ki, aksiyada YAP İsmayıllı rayon təşkilatının aparatı, ictimai fəallar və rayon gəncləri iştirak edib.

    YAP İsmayıllı rayon təşkilatı tərəfindən təşkil edilmiş aksiyada yüzlərlə ağac əkilib.

    İstər Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə və istərsə də, hazırda Prezident İlham Əliyevin rəhbərliyində ekoloji problemlərin həlli məsələləri hər zaman diqqət mərkəzində saxlanılır. Eyni zamanda, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daima xüsusi qayğı ilə yanaşılır.

    Payızın ikinci ayı ərəfəsində keçirilən bu aksiyanın məqsədi, Ümummilli liderin ekoloji mühitin sağlamlaşdırılması və cəmiyyətimizdə ekoloji mədəniyyəti təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin, təbiətin qorunmasına töhfə verməkdir. 










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR