İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone Ermənistanda səfərdədir.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, müdafiə naziri Suren Papikyan Ermənistanda işgüzar səfərdə olan İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qeyd edək ki, onlar Ermənistan-İtaliya müdafiə əməkdaşlığını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.