AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis Masallı məktəbliləri ilə maarifləndirici görüş keçirib - FOTOLAR

  • + A
  • - A
  • 15-11-2023, 08:49

    Polis Masallı məktəbliləri ilə maarifləndirici görüş keçirib -


    Masallı, 15 noyabr — Azadmedia.az


    Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.

    Azadmedia.az-ın cənub bürosu
    xəbər verir ki, “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyətin gələcəyi, insanların sağlamlığı üçün yaratdığı problemlər, səbəb olduğu faciələr barədə söz açıb. Talıbov həmçinin narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu vurğulayıb. Bundan əlavə, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb. Çıxışının sonunda isə Talıbov gənc məktəblilərə hər daim diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin önəmli olduğunu qeyd edib.

    Sonra digər iştirakçıların çıxışları dinlənilib və məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR