AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda “Heydər Əliyev və Statistika” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 5-12-2023, 16:04

    Masallı rayonunda “Heydər Əliyev və Statistika” mövzusunda elmi-praktiki konfrans keçirilib -



    Masallı, 5 dekabr — Azadmedia.az


    Masallı rayonunda “Heydər Əliyev və Statistika” mövzusunda elmi-praktiki konfrans keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun verdiyi xəbərə görə, 05 dekabr 2023-cü il tarixində Masallı Rayon Statistika İdarəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda Ulu Öndərin 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Statistika” mövzusunda tədbir keçirilib.

    Belə ki, tədbirdə Masallı Rayon Statistika İdarəsinin, Masallı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, icra nümayəndələrinin müavinləri, mühasibləri, Statistik hesabat təqdim edən orqanların məsul əməkdaşları, Masallı Dövlət Regional Kollecinin iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

    Öncə əməkdaşlar Masallı rayonunun mərkəzində ucaldılan Ulu Öndərin abidəsini ziyarət ediblər.

    Daha sonra konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib və Dövlət Himni səsləndirilib.

    Konfransı giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə, Ulu öndərin Statistika sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, məhz onun dövründə “Rəsmi statistika haqqında” qanunun qəbul edilməsi ilə statistika tarixində xüsusi dövrün başladığını vurğulayıb.

    Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edib və Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədova tədbirin təşkil olunmasında göstərdiyi köməkliyə görə dərin minnətdarlığını bildirib.

    Masallı Rayon Statistika İdarəsinin əməkdaşları tərəfindən rayonun Sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər haqqında iştirakçılara ətraflı məlumat verilib.

    Tədbirdə statistika sahəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş müzakirə aparılıb.

    Nəzərinizə çatdıraq ki, sonda il ərzində Statistik hesabatları vaxtında və keyfiyyətli təqdim edən respondentlərin mükafatlandırılması həyata keçirilib.

    Qeyd edək ki, Azadmedia.az-ın cənub bürosunun rəhbəri Rəmzi Şahverdiyev də “Təşəkkürnamə” ilə təltif olunub.



















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR