AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənub regionunda pedaqoji işçilər üçün ixtisasartırma təlimləri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-12-2023, 23:30

    Cənub regionunda pedaqoji işçilər üçün ixtisasartırma təlimləri keçirilib -


    Masallı, 20 dekabr — Azadmedia.az

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələri üzrə pedaqoji işçilər üçün “Şagirdlərin sosial-emosional sağlamlığı və təhlükəsizliyi” üzrə ixtisasartırma təlimləri həyata keçirilib.

    Təlimçilər Orxan Əliyev və Aynur Tağıyevanın təqdimatında Lənkəran və Masallı rayonlarında keçirilən təlimlər zamanı müəllim heyətinə
    “İnsan hüquqları”, İnsan hüquqları üzrə təhsil”, “Qeyri-formal təhsil”, “Ayrı-seçkilik və önmühakimələr”, “Stereotiplər”, “Gender”, “Gender əsaslı zorakılıq”, “Gender əsaslı stereotiplər”
    “İnsan alveri”, “Bullinqə məruz qalmış şagirdi necə tanımalı”, “Bullinqin formaları”, “Bullinqin mənəvi-psixoloji vəziyyətə təsiri”, “Bullinq edən şagirdi necə tanımalı”, “Anti-bullinq siyasətinin formalaşdırılması”,
    “Bullinq davranışı əleyhinə işlərin görülməsi”,
    “Şəxsi inkişaf planı” kimi mövzular haqqında məlumatlar verilib. Qrup işləri icra edilib, real nümunələr əsasında fikir mübadilələri aparılıb.

    Qeyd edək ki, təlimlər yekunlaşıb və iştirak edən hər bir müəllim imtahan verərək sertifikat əldə edəcək.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR