Moldovanın Rusiyadakı səfiri Lilian Dariy Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı ona sərt etiraz ünvanlanıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Belə ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, səfirə Moldova rəhbərliyinin fəaliyyətinə cavab olaraq respublikanın bəzi rəsmilərinin Rusiya ərazisinə girişinin qadağan edilməsi barədə məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.