Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.
Azadmedia.az-ın verdiyi xəbərə görə, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.
Belə ki, "İsrail hökuməti üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq səyləri nəticə verməyəcək”, - deyə Ö. Keçəli bildirib.
Qeyd edək ki, İ. Katz daha əvvəl Türkiyə Prezidentini “keçmişində erməni soyqırımı olan bir ölkənin prezidenti” adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.