Çin ABŞ-nin Tayvana silah satışı ilə bağlı son qərarını əsas gətirərək, ABŞ-də yerləşən 5 müdafiə şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, sanksiya qərarı ABŞ-nin bir həftə ərzində seçkilərin keçiriləcəyi Tayvana 300 milyon dollarlıq hərbi yardımı təsdiqləməsindən sonra verilib.
Belə ki, bu elan Tayvanın yanvarın 13-də “prezident və parlament seçkiləri” keçirməyə hazırlaşdığı bir vaxtda verilib. ABŞ-nin Tayvana silah satışı Pekin və Vaşinqton arasında tez-tez gərginliyə səbəb olur.
Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və Tayvan administrasiyası bu iddianı rədd edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.