AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir - XİN

  • + A
  • - A
  • 17-01-2024, 08:02

    Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir -


    Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Azadmedia.az xəbər verir ki, bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.

    Belə ki, “Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarını İranın daşıyacağını bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə XİN-in sənədində qeyd olunub.

    Həmçinin “Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir və bunun ciddi fəsadları ola bilər”, – deyə İslamabad Tehrana xatırladıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR