Yaponiya və Avstraliya Çinin Hind-Sakit okean regionunda artan təsirinə qarşı birlikdə hərəkət etmək qərarına gələrək, müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə çalışırlar.
Azadmedia.az xəbər verir ki, hər iki ölkənin hökumətləri Şərq və Cənubi Çin dənizlərində yarana biləcək gözlənilməz təhlükələrə qarşı ümumi müdafiə strategiyalarını müzakirə etmək üçün danışıqlar aparır.
Belə ki, Yaponiya xüsusilə istehsal etdiyi raketlərin sınaqları üçün geniş ərazilərə ehtiyac duyduğundan, Avstraliyanın sınaq sahələrindən istifadə etmək barədə danışıqlar aparır.
Qeyd edək ki, bu addım Çinin potensial təxribatçı hərəkətlərinə qarşı hər iki ölkənin regional çəkindiriciliyini artırmaq məqsədi daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.