BMT-nin Baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb. Azadmedia.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Belə ki, “Baş katib İran və Pakistan arasında son hücumlardan son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır.
Quterreş əmindir ki, İran və Pakistan arasında bütün təhlükəsizlik problemləri dinc yolla, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir”, - deyə bəyanatda vurğulanıb
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.