Azərbaycan və Türkiyə rəqabət sahəsində informasiya bazasının inkişafı üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi aparacaqlar. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkədə yazıb.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin rəqabət orqanlarının iştirakı ilə keçirilən görüş çərçivəsində Türkiyənin rəqabət orqanının rəhbəri Birol Küle ilə ikitərəfli görüş keçirilib.
Görüşdə investisiya layihələrinin həyata keçirilməsində ticarət əlaqələrinin və sağlam rəqabət mühitinin əhəmiyyətindən danışılıb. Hazırlanmış və yenicə təsdiq edilmiş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı yaxşılaşdırılmasına müasir yanaşmalar barədə məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.