AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağdad və Vaşinqton dialoqun yeni raunduna başlayıblar - İraq hökuməti

  • + A
  • - A
  • 12-02-2024, 14:56

    Bağdad və Vaşinqton dialoqun yeni raunduna başlayıblar -



    Bağdad və Vaşinqton ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı missiyasına son qoymaq üçün fevralın 11-də dialoqun yeni raunduna başlayıblar.

    Azadmedia.az xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb. İraq Silahlı Qüvvələri Baş komandanının rəsmi nümayəndəsi Yəhya Rəsulun sözlərinə görə, xüsusi komissiya ölkədəki hərbi vəziyyəti, İŞİD qruplaşmasının yaratdığı təhlükəni və ordunun imkanlarını qiymətləndirmək üçün beynəlxalq koalisiya ilə görüşləri bərpa edib.

    Belə ki, bu görüşlər əsasında İraqdakı beynəlxalq koalisiyanın müşavirlərinin sayının mərhələli şəkildə azaldılması üçün qrafik hazırlanacaq ki, bu da İŞİD ilə mübarizə üzrə missiyanın başa çatmasına gətirib çıxaracaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR