Sərhəddəki erməni birləşmələri Zəngilan rayonu istiqamətində Azərbaycan sərhəd qoşunlarının mövqelərini atəşə tutub, bir hərbçi yaralanaraq təxliyə edilib.  Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 “Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin MR-nın Zəngilan rayonu ərazisindəki hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nərkin-And qəsəbəsi istiqamətində yerləşən mövqelərdən , Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndində yerləşən mövqelərini atəşə tutublar”, - deyə xidmətdən bildirilib.
 Məlumata görə, təxribat nəticəsində Azərbaycan əsgəri sıravi Pərviz Xəlilzadə yaralanıb, daha sonra helikopterlə xüsusi təyinatlı tibb müəssisəsinə təxliyə edilib.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.