AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyevin görüşləri erməniləri dəli etdi, əxlaqsızlığa başladılar

  • + A
  • - A
  • 18-02-2024, 00:45

    Əliyevin görüşləri erməniləri dəli etdi, əxlaqsızlığa başladılar


    Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı görüşlərində diqqətçəkən hal yaşanır: Prezidentin Mətbuat Xidmətinin də vurğuladığı kimi, İlham Əliyev heç kimlə xüsusi təşəbbüslə görüşməyə cəhd etmir, əksinə, bütün görüşlər qarşı tərəflərin müraciəti əsasında baş tutur.

    Bu, hətta ev yiyəsi Almaniya kansleri Olaf Şoltsa da aiddir.

    Bu, regionun parlayan gücü Azərbaycanın liderinə olan həssas münasibətin göstəricisidir və birmənalı olaraq rəsmi açıqlamada da bu fakt çəkinmədən nümayiş etdirilir.

    Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevi cəlbedici edən yalnız seçkilərdə yüksək faizlə qələbə qazanması və xalqın birmənalı dəstəyini alması deyil, eyni zamanda, İlham Əliyevin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, o cümlədən regionda heç bir təşəbbüsün Bakının razılığı olmadan həyata keçirilməməsi ilə bağlıdır.

    İlham Əliyevin andiçmə mərasimində “Nə Qərb, nə Rusiya - yalnız türk ailəsi” tezisi isə Azərbaycanın manevr imkanlarını həddən artıq genişləndirdi və qarşıduran tərəflərlə məsafəli davranışı bu liderlə münasibətləri qorumaq zərurətini bir daha ortaya qoydu.

    Digər məqam İlham Əliyevin qətiyyəti ilə bağlıdır: Münhen Təhlükəsizlik Konfransı öncəsi Zəngilan istiqamətində erməni ordusunun təxribatına anında və olduqca sərt reaksiya verildi - bir əsgərimizin yaralanması qarşılığında 4 erməni hərbçi məhv edildi, yaralananlar oldu və təxribatın törədildiyi döyüş mövqeyi darmadağın edildi.

    İlham Əliyevin xəbərdarlığı idi: Münhen və ya Brüssel görüşü ərəfəsində kimsə Azərbaycanla hərbi-siyasi oyun oynaya və gündəm müəyyən edə bilməz.

    Bu həqiqətləri anlayan erməni mediası da İlham Əliyevin bütün görüşləri qarşı tərəfin müraciətləri əsasında keçirməsinə diqqət çəkib və bunu böyük qısqanclıqla qarşılayıb. Qərbin buyruq qulu olan Soros uşağı Nikol Paşinyanla İlham Əliyev arasında böyük fərq – Azərbaycan liderinin beynəlxalq nüfuzu erməniləri əlbəttə ki, “özündən çıxarmalıydı”. Ermənilər bu nüfuza kölgə salmaq üçün yalnız görüşlərə münasibəti "şərh etmirlər", həm də çirkin və əxlaqdankənar hücumlara da başlayıblar.

    Azərbaycan liderinə qarşı erməni mediasının bu əxlaqsız hücumunun səbəbi aydındır: İlham Əliyevin hansı səviyyədə qarşılandığını, ona necə sayğı göstərildiyini görür, hər kəsin Əliyevlə görüşə can atmasından partlayırlar və bütün kin-nifrət və xəbisliklərini ortaya qoyublar...(Axar)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR