NATO ölkələri silah istehsalını sürətlə artırmalıdır.
Azadmedia.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib.
Belə ki, “Bizdən bu yanaşmada təcili şəkildə daha böyük səylər göstərmək tələb olunur”, - deyə baş katib bildirib.
Həmçinin Stoltenberq xatırladıb ki, NATO ölkələri son illər həmçinin müdafiəyə daha çox vəsait sərf etməyə başlayıblar.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının Avropa üzvləri bu baxımdan daha böyük səylər göstərməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.