İran hakimiyyəti Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsindən qaçmaq üçün "Hizbullah" təşkilatını və digər silahlı qruplaşmaları ABŞ-ni təhrik etməməyə çağırıb. Azadmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Livan və İran məmurlarına istinadən məlumat yayıb.
Belə ki, "İran müharibənin genişlənməsinə və geri dönülməz nöqtəyədək gərginləşməsinə yol verməmək üçün mümkün hər şeyi edir", - deyə nəşr yazıb.
Həmçinin məlumata görə, İran hakimiyyəti istənilən təhdidə cavab verməyə hazır olduğunu bildirsə də, ayrı-ayrılıqda yüksək səviyyəli rəhbərləri ehtiyatlı olmağa çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.