AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu iki ölkə dövlət demarkasiya xəritələrinin yaradılması imkanlarını nəzərdən keçirib - KİV

  • + A
  • - A
  • 11-03-2024, 15:09

    Bu iki ölkə dövlət demarkasiya xəritələrinin yaradılması imkanlarını nəzərdən keçirib -

    Qırğızıstan və Özbəkistan dövlət sərhədinin ümumi hissəsinin demarkasiya xəritələrinin yaradılması imkanlarını nəzərdən keçirir.

    Azadmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətindən məlumat verilib.

    Belə ki, Oş şəhərində “Qırğızıstan-Özbəkistan birgə demarkasiya komissiyasının işi üzrə” Qırğızıstan və Özbəkistan hökumət nümayəndə heyətlərinin işçi qruplarının növbəti iclası keçirilib. Görüş zamanı iki ölkə nümayəndələri Qırğızıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası, demarkasiya xəritələrinin yaradılması və xüsusi geodeziya şəbəkəsini müzakirə edib.

    Qeyd edək ki, Qırğızıstan hökumətindən bildirilib ki, görüşdən sonra tərəflər müvafiq protokol imzalayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR