Moskva Latviya, Litva və Estoniyanın Rusiyaya düşmən münasibət bəsləyən 347 vətəndaşının, o cümlədən nazirlərin, parlament üzvlərinin və ictimai xadimlərin ölkəyə girişini qadağan edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, “Bu yaxınlarda nazirlər, parlament üzvləri, ictimai xadimlər və jurnalistlər də daxil olmaqla, Latviya, Litva və Estoniyadan 347 vətəndaş Rusiyanın qara siyahısına daxil edilib”, - deyə məlumatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.