AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq: “N.Paşinyan sülh ritorikasının əksinə hərəkət edir”

  • + A
  • - A
  • 15-03-2024, 09:35

    Politoloq: “N.Paşinyan sülh ritorikasının əksinə hərəkət edir”

    Ermənistan Baş naziri Nikol Paşinyan son mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib. Bir açıqlamasında Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi kəndlərin mövcud olmadığını (?!), digər açıqlamasında isə etirafa bənzər cümlə işlədib ki, bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır.

    Məsələ ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu AzadMedia.az-a açıqlamasında bunları deyib:

    “Ermənistan rəsmiləri dəfələrlə Azərbaycan ərazilərini tanıdıqlarını səsləndiriblər. Lakin bu gün Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Bu kəndlərdən 4-ü eksklav, digər 4-ü isə anklav ərazilərdir. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Ədkipara, Qızılhacılı və Xeyrimli kəndləri qeyri-eksklav ərazilər olmaqla, bu gün də Ermənistanın işğalı altındadır.

    Sülhdən danışan Ermənistan hər hansı müzakirə aparmadan qeyd şərtsiz bu əraziləri geri qaytarmalıdır. Bu ilin 10 yanvarında prezident İlham Əliyev yerli Tv-rə müsahibəsi zamanı bildirdi ki, Ermənistan qeyri-eksklav olan 4 kəndi qeyd şərtsiz Azərbycana qaytarmalıdır. Ona görə də burada heç bir müzakirənin aparılmasına ehtiyac yoxdu. Həmin ərazilər Azərbaycanın ərazi bütövlüyüdür”.
    Elşad Mirbəşirin sözlərinə görə, Ermənistan sülh ritorikasına uyğun heç bir addım atmır. Proseslərin əksinə gedir:

    “ Əks halda biz növbəti dəfə əmin olacağıq ki Ermənistanın sülh ritotikası tamam saxtadır. Hesab edirəm ki, Azərbaycan prezidentinin çağırışı Ermənistanda heç də təsirsiz ötüşmədi. Ermənistan məcburən Azərbaycan prezidentinin çağırışlarına həssas yanaşmalı oldu.

    Yəni vaxtilə biz çağırışlar edirdik ki, Azərbaycan əraziləri boşaldılmalı, separatizmə son qoyulmalı, Azərbaycanın təhlükəsizliyinə təhdidlər yaratmaqdan çəkinməlidirlər. Həmin bu çağırışlar zamanı Ermənistan və onun havadarları gözlənilən reaksiyanı nümayiş etdirmədilər.

    Bu dəfə isə hesab edirəm ki, Ermənistan əvvəlki 2 haldan nəticə çıxararaq Azərbaycan prezidentinin çağırışına olduqca həssas yanaşacaqlar və Azərbaycan ərazilərini boşaldacaqlar və təhvil verəcəklər. Digər eksklav olan ərazilərin gələcək vəziyyəti sərhədlərin delimitasiyası prosesində müəyyənləşəcək. Təbii ki, heç bir halda Azərbaycanın ərazi bütövlüyünə xələl gələ bilməz.

    Düşünürəm ki, Ermənistan tərəfi Azərbaycanın qeyri eksklav kəndlərini geri qaytarmaqdan başqa yol görmürlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR