Çin ABŞ-ın Tayvanla hərbi təmaslarına qarşıdır.
Azadmedia.az xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penyu deyib.
Belə ki, "Çin ABŞ-ın Tayvanla hərbi təmaslarına və adanı silahlandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxır. Tayvan məsələsi Çinin maraqları baxımından əsasdır və Çin-ABŞ münasibətlərində pozulmamalı olan əsas qırmızı xəttdir", - Deyə Penyu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.