ABŞ Şimali Koreyanın həyata keçirdiyi ballistik raket buraxılışını pisləyir.
Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
Belə ki, “Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulmasıdır. Bununla Şimali Koreya qonşularını təhdid edir, regional təhlükəsizliyi pozur”, - deyə diplomat qeyd edib.
Həmçinin “Biz diplomatik yanaşmaya sadiq qalırıq və Şimali Koreyanı dialoqa təşviq edirik”, - deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.