AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PKK terror təşkilatını dəstəkləyən 89 nəfər saxlanıldı - KİV

  • + A
  • - A
  • 3-04-2024, 12:05

    PKK terror təşkilatını dəstəkləyən 89 nəfər saxlanıldı -


    Türkiyə polisi PKK terror təşkilatını dəstəkləyən 89 nəfəri saxlayıb.

    Azadmedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van Seçki Komissiyasının DEM Partiyadan bələdiyyə sədri seçilmiş Abdullah Zeydanla bağlı qərarını bəhanə edən bir qrup təxribatçı partiya binasının qarşısına toplanaraq yürüş keçirmək istəyib.

    Belə ki, yürüşə icazə verilməməsindən sonra qrup ətraf küçələrə dağılaraq ictimai obyektlərə və iş yerlərinə zərər vurub, polisə daş atılıb.

    Həmçinin Türkiyə daxili işlər naziri Ali Yerlikaya Vanla yanaşı Hakkari, Siirt, Batman, Şırnak və İzmirdə terror təşkilatı lehinə şüarlar səsləndirən, həmçinin təhlükəsizlik qüvvələrinə hücum edən ümumilikdə 89 nəfərin saxlanıldığını bildirib.

    Qeyd edək ki, Van Valiliyi nümayiş keçirilməsini, həmçinin açıq hava toplantılarını 15 günlük qadağan etdiyini bəyan edib. Həmçinin Valilik və Kaymakamlık tərəfindən icazə verilmədiyi təqdirdə mətbuata açıqlama vermək, anket hazırlamaq, çadır və stend qurmaq, imza toplamaq, elan paylamaq, hər növ etiraz aksiyası təşkil etmək qadağan edilib. Analoji qərar Bitlisdə də qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR