Bakı, 19 aprel — Azadmedia.az
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
![](/uploads/posts/2024-04/1713503965_9e7bc4fc-0dbe-4a6d-b01e-21f16ecf2ce2.jpeg)
Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub.
Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.
İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb.
2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin mart ayından indiyədək isə Ege Hospitalda pediatr kimi çalışıb.
![](/uploads/posts/2024-04/1713503910_a28f6395-abbb-4c32-8325-01a426b0108e.jpeg)
![](/uploads/posts/2024-04/1713503993_f9556039-b66d-4623-b71e-6a3a62ac2eba.jpeg)
![](/uploads/posts/2024-04/1713503938_713eb24e-9cf1-49f1-9efe-bd8d252fefae.jpeg)
![](/uploads/posts/2024-04/1713503957_23e087e6-b8a8-447b-a976-5dd98882acb5.jpeg)
![](/uploads/posts/2024-04/1713503943_f1c68538-c28f-42cf-81cc-adc50f69b2b5.jpeg)
![](/uploads/posts/2024-04/1713503992_43b022fd-8660-4bc6-83b6-2da87e59275b.jpeg)