AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Musa Quliyev: “Azərbaycan-Qırğızıstan əlaqələri daha da inkişaf edir”

  • + A
  • - A
  • 25-04-2024, 09:58

    Musa Quliyev: “Azərbaycan-Qırğızıstan əlaqələri daha da inkişaf edir”

    Xəbər verdiyimiz kimi, Qırğızıstan prezidenti aprelin 24-də Azərbaycana dövlət səfərinə gəlib.

    Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev AzadMedia.az-a açıqlamasında iki dövlət arasında əlaqələri bu cür şərh edib:

    “Qırğızıstan Azərbaycanla dost dövlətdir. Bizi birləşdirən həm tarixi, mənəvi tellər, həm də türk birliyimizdir. Bunlar bizi bir birimizə yaxınlaşdıran məsələlərdir. Əlaqələrimiz 1990-cı illərdən inkişaf etməyə başlayıb. Ulu öndər Heydər Əliyev 1995-ci ildə Manas dastanının 1000 illiyində çıxışı zamanı münasibətlərimizin yol xəritəsini qoyub”.

    İşçi qrupunun rəhbəri 2022-ci ildə Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfər etdiyini də xatırladıb:

    “Səfər zamanı çoxlu sənədlər imzalandı ki, onun ikisi çox vacibdir. Biri iki ölkə arasında strateji müttəfiqlik haqqında bəyannamə, digəri isə iki ölkə arasında dövlətlərarası şuranın yaradılması haqqında əsasnamənin yaradılması ilə bağlı idi. Daha sonra prezident İlham Əliyev Qırğızıstana səfər etdi və o səfərdə də çox mühüm sazişlər imzalandı. Sazişlərdən ən əsası Qırğızıstan Azərbaycan birgə investisiya fondunun yaradılması idi ki, Azərbaycan tərəfi həmin fonda 25 milyon vəsait ianə etdi. Qırğızıstanda Azərbaycanı simvolizə edən böyük parkın açılışı oldu. Bütün bunlar bizim dostluğumuzu daha da sıxlaşdıran məsələlərdir”

    Musa Quliyev türk dövlətlərinin birliyindən də danışıb:

    “Prezident İlham Əliyev Milli Məclisdəki sonuncu inaqurasiya mərasimində çıxışı zamanı dedi ki, bizim ailəmiz türk ailəsidir. Biz bu ailəni daha da möhkəmləndirməliyik, inkişaf etdirməliyik. Yeni bir dünya birliyi həm də türkün gücüdür”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR