Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı 2 həftə müddətinə dayandırılıb.
Azadmedia.az Fransa KİV-ə istinadla xəbər verir ki, buna səbəb kanalın ordu barədə əsassız məlumat yaymasıdır.
Belə ki, ölkə ərazisində altı xarici media qurumunun saytlarına giriş qeyri-müəyyən müddətə məhdudlaşdırılıb. Bura “Deutsche Welle”, “Ouest-France”, “Le Monde”, “Apanews” (Afrika Xəbər Agentliyi), “The Guardian” və “AgenceEcofin” daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.