AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-05-2024, 20:04

    Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib -


    Masallı, 29 may — Azadmedia.az



    Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 May – Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun Azpresstimes.info-ya istinadən məlumatına görə, tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Şagirdlərə müstəqillik tariximiz haqqında ətraflı məlumat verən müəllimlər bildiriblər ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır.

    Tədbirlər çərçivəsində şagirdlər arasında bilik, şeir, rəsm, idman müsabiqə və yarışları keçirilib, məktəblilərin ifalarında vətənpərvərlik mövzusunda şeirlər, nəğmələr səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.

    Bundan əlavə dövlətçilik tariximizdən bəhs edən sənəli filmlərə, fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib, muzeylərə ekskursiyalar təşkil edilib.



    Akif AĞAYEV











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR