AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həmin qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? - Video

  • + A
  • - A
  • 30-06-2024, 15:43

    Həmin qadağa avtomobillərin qiymətini ucuzlaşdıracaq? - Video


    Sabahdan etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Belə ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

    Avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov taksi fəaliyyəti ilə bağlı qadağaların qüvvəyə minməsindən sonra alıcı aktivliyinin artacağını bildirib.

    Onun sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər.

    Ekspert bildirir ki, bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər.

    Sərxan Qədirov deyir ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.

    Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin uculaşma proqnozlaşdırılmır.

    Daha ətraflı videomaterialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR