DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
*Dekabrın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.*
- Axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
**
*Dekabrın 14-də və 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
**
*Polis əməkdaşlarının dekabrın 14-də və 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
**
*Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 14-də və 15-də ümumi çəkisi 7,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.*
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
**
*Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.*
*Dekabrın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 3 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.*
**
*Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.*
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində Cəlilabad rayonu ərazisində 3 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.
**
Metronun “28 May” stansiyasında sərnişinin çantasından oğurluq olub.
*Metropolitendə Polis İdarəsinə müraciət edən qadın* çantasından içərisində 950 manatı, sənəd və bank kartı olan pulqabısının oğurlandığını bildirib.
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı A.Fərzəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
*Dələduzluq*
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* Bakı şəhər sakini olan 3 nəfərin ümumilikdə 78770 manatını, bir nəfərin isə 3000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev müəyyən olunaraq saxlanılıblar.
*Hər iki faktla bağlı araşdırma aparılır.*