AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə intihara cəhd edib

  • + A
  • - A
  • 5-05-2026, 22:55

    Özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə intihara cəhd edib

    Məlumata görə, özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə Əliqizmət qızı intihara cəhd edib. Bildirilir ki, o, iksus (sirkə turşusu) içib və hazırda vəziyyəti ağır olaraq Klinik Tibbi Mərkəzdə nəzarət altındadır.
    Qeyd edək ki, Abdullayevanın adı daha əvvəl də mediada dəfələrlə hallanmışdı. Onun tibbi fəaliyyət üçün tələb olunan rəsmi lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddia olunurdu və bu məsələ ictimai müzakirələrə səbəb olmuşdu.
    Yaxınlarının sözlərinə görə, son dövrlər o, müəyyən şəxslərin – xüsusilə özlərini jurnalist kimi təqdim edənlərin – davamlı təzyiqi və pul tələblərindən ciddi narahatlıq keçirirmiş. İddialara əsasən, bu vəziyyət onun psixoloji durumuna mənfi təsir göstərib və nəticədə belə bir addım atmasına səbəb ola bilər.
    Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik verilməyib. Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR