Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
Hadisə rayonun Alpı kənd ərazisində baş verib.
1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub.
Ağır xəsarət alan A. Abbasova həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Lent.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.