Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.
Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.
Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.