Martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Masallı RPŞ-dən Azadmedia.az-a verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.
Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.