AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayətlər

  • + A
  • - A
  • 23-02-2021, 12:12

    Sutka ərzində baş verən cinayətlər
    Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Cəlilabad rayon sakini N.Həsənovun bank kartından 790 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Mehdizadə saxlanılmışdır.

    ***
    Fevralın 17-də saat 8 radələrində Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində şəhər sakini Şakir Quliyevin burun nahiyəsində əzilmiş-sıyrılmış xəsarət olan meyitinin tapılması barədə 3-cü Polis Bölməsinə məlumat daxil olmuşdur.
    Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
    Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Ş.Quliyevin “QAZ-33021” markalı yük avtomobili ilə vurulması müəyyən edilmişdir.
    Əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Ş.Orucov şübhəli şəxs qismində saxlanılmışdır.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılmışdır.

    ***
    Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də şəhər ərazisindəki inzibati binaların birində quraşdırılmış “E-manat” ödəmə terminalını sındıraraq oradan 369 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov saxlanılmışdır.
    Araşdırma aparılır.

    ***


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR