Ötən gün Gəncə şəhər Şah İsmail Xətai adına 13 saylı tam orta məktəbin direktoru yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.
“Report”un Qərb mərkəzinin məlumatına görə, orta məktəb direktoru Hüsnay Mövlayeva bir müddət idi ki, COVID-19 virusundan müalicə alırdı.
Göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şah İsmail Xətai adına olan 13 nömrəli tam orta məktəb bir müddət öncə bir müəllim və bir şagirddə COVID-19 virusu aşkarlanması səbəbindən bağlanıb, dərslər onlayn şəkildə keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.