AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkan qəsəbəsində evlərin birində toy mərasiminin keçirilməsi aşkalanıb

  • + A
  • - A
  • 10-04-2021, 11:36


    Paytaxtın Xəzər rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq Türkan qəsəbəsində evlərin birində toy mərasiminin keçirilməsi aşkalanıb.

    DİN Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

    Ümumilikdə 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunmaqla, inzibati tənbeh tədbirləri tətbiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR