AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Neolit”də toy keçirildi, aparıcı koronavirus xəstəsi çıxdı - Video

  • + A
  • - A
  • 2-04-2021, 20:20

    “Neolit”də toy keçirildi, aparıcı koronavirus xəstəsi çıxdı - Video


    Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb.

    DİN Mətbuat Xidmətindən Azadmedia.az a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

    Ümumilikdə 85 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

    Toy sahibləri (qudalar), mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış materiallar isə Nizami rayon Məhkəməsinə göndəriləcək.

    İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır.

    “AzadMedia.az ın əldə etdiyi məlumata görə, sözügedən şadlıq sarayı “Neolit”dir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR