Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.
Trend-in məlumatına görə, toplantının gündəliyinə 2 məsələ daxil edilib.
İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun məlum videogörüntüdə etikadan uzaq hərəkətlərinə qiymət veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.